
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, Liqa mərhələsinə vəsiqə uğrunda son raundun ilk günündə 3 görüş baş tutacaq.
Zaqreb "Dinamo"su Norveçin "Vikinq", "Levski" Afinanın AEK kollektivlərini qonaq edəcək. Türkiyə təmsilçisi "Fənərbağça" isə İstanbulda "Olimpik Lion"la üz-üzə gələcək. Bugünkü görüşlərin hamısı eyni vaxtda - saat 23:00-da başlayacaq.
Pley-offun daha 4 görüşü sabah keçiriləcək. Azərbaycan çempionu "Sabah" da ikinci oyun günündə imtahan verəcək. "Bayquşlar" bu raundda İsrailin "Hapoel Beer Şava" komandası ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək ki, görüş sabah Bakı vaxtı ilə saat 23:00-da Rumıniyanın Buxarest şəhərində reallaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
23:00. Dinamo Z (Xorvatiya) – Vikinq (Norveç)
23:00. Levski (Bolqarıstan) - AEK (Yunanıstan)
23:00. Fənərbağça (Türkiyə) – Olimpik Lion (Fransa)