15:13 18.08.2026 345

"APL Fantasy": "Fanat.Az Liqası"nın ilk qalibi saatlılı müəllim oldu

Azərbaycan Premyer Liqasında ilk tura yekun vuruldu. Açılış turunun qalibi təkcə meydanda güclü olan komandalar yox, həm də AFFA-nın yeni layihəsinin - "APL Fantasy"-nin iştirakçıları oldu.

Fanat.Az-ın bu layihəyə qoşularaq yaratdığı virtual "Fanat.Az Liqası"nın ilk qalibi də müəyyənləşib. 

Azərbaycan Premyer Liqasının oyunları üçün özünün komandasını ("Ayeddin PFK") formalaşdıran Ayəddin Abdullayev (qeydiyatdan Ələskərli soyadı ilə keçib) ilk turda hamıdan çox - 76 fantazi xalı toplayıb.

Qalibimiz Abdullayev Ayəddin Rza oğlu Saatlı rayonu Qaracalar kənd sakinidir. 30 yaşı var, təlimçi-müəllimdir, repetitorluq fəaliyyəti ilə məşğul olur. Belə görünür ki, bundan sonra daha bir əlavə gəlir yeri olacaq. Hər halda, artıq 50 AZN əldə edib.

Ayəddin müəllim Azərbaycan futbolu ilə yaxından maraqlandığını və indiyə qədər müxtəlif platformalarda "fantazi" oynadığını etitaf edib: 

"İndiyə qədər müxtəlif futbol oyunları oynasam da, doğma liqamıza olan sevgim və marağım sayəsində "APL Fantasy" heyəcanına qoşuldum. ​Ölkə futbolumuzu bu formada daha da maraqlı edən, azarkeşlər arasında sağlam rəqabət yaratmaqla yerli liqaya olan marağı artıran bütün təşkilatçı heyətə dərin təşəkkürümü bildirirəm. Əməyinizə və gördüyünüz işə əhsən! ​Gələcək mövsümlərdə də bu cür uğurlu layihələrin davamını arzulayıram.
Bəli, Azərbaycan futbolu ilə yaxından maraqlanıram. Futbolumuzun həm zəngin tarixini, həm də bugünkü çempionat mübarizəsini, taktiki inkişafını və klubların Avropa аrеnаlarındakı çıxışlarını diqqətlə izləyirəm. Azarkeşi olduğum komanda "Neftçi"dir!
Mən 5-6 yaşımdan — idmanı, futbolu anlamağa başladığım ilk vaxtlardan bəri "Neftçi"nin oyunlarına baxıram. Bu, mənim üçün sadəcə bir futbol klubu deyil, uşaqlığımdan bəri qəlbimdə yer alan əsl ehtiras və həyat tərzidir. Ağ-qara rənglərə bağlanan insan üçün "Neftçi" böyük bir məktəb, zəngin ənənə və qürurdur. ​1966-cı ilin tarixi bürünc medalından tutmuş müstəqillik illərindəki çempionluqlara, Avropada ölkəmizi ilk dəfə qrup mərhələsində təmsil edən komanda olmağına qədər hər bir uğur bu klubu mənim üçün əvəzolunmaz edir. İllər keçsə də, o ilk günkü həyəcanla komandamın hər matçını izləməyə və dəstəkləməyə davam edirəm".

Qalibimiz heyət qurarkən üstünlük verdiyi məntiqi də açıqlayıb: 

"Oyunçuları seçərkən adlarına deyil, son həftələrdə göstərdikləri real performansa, fiziki formaya və komandadakı roluna diqqət yetirirəm". 

Beləliklə, siz də "Fanat.Az Liqası"na qoşulub futbol biliklərinizi nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və ən əsası, hər həftə qalib olaraq bizdən 50 manat mükafat qazanmaq şansı əldə edirsiniz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Odur ki, virtual futbol həvəskarlarını "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Avqust 2026
18:47

Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər bilindi

18:40

"Qarşıdakı mövsümün daha gərgin keçəcəyini düşünürəm, çünki..."

18:05

Dursun Özbək Batrakovun transferini təsdiqlədi

17:46

"Kayserispor"un sabiq müdafiəçisi Azərbaycan klubuna keçir

17:23

"Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" boşluğu necə dolduracaq? - Açıqlama

17:05

Ağasəlim Mircavadov: "Qarabağ" öz oyununu oynaya bilsə, qələbə qazanacaq"

16:44

"Çempionluğa ən real namizəd "Marafon"dur" - Qəzənfər Abbasov

16:26

"Qarabağ" "Tvente" ilə səfər oyununa daha bir itki ilə yollana bilər - SON DURUM

16:08

"Bir nömrəli favoritim "Səbail"dir"

15:50

"Səbail" Rail Əmirquliyevi heyətinə qatdı

15:32

Qurban Qurbanov mətbuat konfransı keçirəcək

15:13

"APL Fantasy": "Fanat.Az Liqası"nın ilk qalibi saatlılı müəllim oldu

14:54

Keyn "Bayern Münhen" ilə yeni müqaviləyə hazırlaşır

14:35

Varqas ilk turdan liderliyi ələ aldı - STATİSTİKA

14:16

AAF məşqçilik kursları keçirəcək

13:58

Vüqar Nadirov yenidən "Şəmkir"də?

13:40

"Nyukasl" yeni müdafiəçisini açıqladı - RƏSMİ

13:21

"Mançester Yunayted" Brunu haqda qərarını verdi

13:03

Paçunun yeni klubu bəlli oldu

12:45

"İlk turda aşkar autsayder görünmədi" - Vaqif Sadıqov

12:26

"Napoli" "Çelsi"nin müdafiəçisi ilə gücləndi

12:07

"Qalatasaray" istədi, ancaq "Roma" aldı

11:48

Açılış turunda kim daha "səxavət"li oldu? - Hakimliyin mənzərəsi

11:30

"Ayaks" "Barselona"nın müdafiəçisini rənglərinə bağladı - RƏSMİ

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" "Orhus"la görüşün ikinci yarısında necə performans göstərmişdisə..." - Arif Əsədov

10:30

Mişi Batşuayi karyerasını burada davam etdirəcək

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 5-ci tura start verildi, bir oyun yarımçıq qaldı

09:25

"Beşiktaş" belçikalı vingeri rənglərinə bağlamaq üzrədir

09:00

ÇL: "Fənərbağça" Fransa nəhəngi ilə qarşılaşır, "Sabah" gözləyir

01:22

La Liqa: "Deportivo" "Elçe" ilə sülhə razılaşdı

01:14

Super Liqa: Tura 6 qolluq oyunla yekun vuruldu

00:52

İmad Farajın Tunis nəhənginə transferinin əsas memarı kimdir?

17 Avqust 2026
23:38

Azər Bağırov "Qarabağ"a məğlubiyyəti belə şərh etdi

23:11

"Çempionatın hər matçına ciddi yanaşmalıyıq" - Qurban Qurbanov

22:56

Pedro Netu üçün 100 milyon avro

22:20

Brunu Fernandes "Qalatasaray"a keçir?

21:51

Reşford Kataloniyaya qayıdır?

21:24

MPL: "Qarabağ" mövsümə qələbə ilə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X