
"Qalatasaray”ın prezidenti Dursun Özbək “Lokomotiv”in futbolçusu Aleksey Batrakovun transferini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu "sarı-qırmızılara" keçid edəcək.
Dursun Özbək bununla bağlı "Fanatik"ə açıqlama verib: “Skaut hesabatlarımızdakı ən yaxşı futbolçunu transfer etdik. Baş məşqçimiz də onu bəyənirdi. Nə qədər yüksək səviyyəli oyunçu transfer etdiyimizi hamı görəcək”.
21 yaşlı futbolçu ötən mövsüm 36 matça çıxıb, 17 qol vurub və 11 məhsuldar ötürmə edib.
Batrakov son iki mövsümdə Rusiya Premyer Liqasının ən yaxşı gənc oyunçusu seçilib.
"Transfermarkt" portalı Batrakovun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.
Əlisahib İbrahimli