
“Sabahın Ulduzları”nda Bakı Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, turnirin on səkkizincü günündə U-15 yaş qrupunda 5-ci tura yekun vurulub.
Turun son oyunları məhsuldar alınıb. Belə ki, çərşənbə axşamı keçirilən 3 oyunda qapılara 19 qol vurulub.
"Rekord" "Marafon"u çətinliklə yenməyi bacarıbsa, "Ulduz" "Zİrə"yə, "Neftçi" isə "Dinamo"ya heç bir şans verməyib.
U-15
5-ci tur
18 avqust
“Rekord” – “Marafon” 3:2
Qollar: Ümid Vahidli, 7. Aslan Əsgərov, 22. Nazim Eminov, 56 - Davud Kələntərli, 28-pen, 80+2.
“Ulduz” – “Zirə” 5:0
Qollar: Yusif Əlizadə, 9, 48, 55. Asif Allahverdizadə, 34, 46.
“Neftçi” - “Dinamo” 8:1
Qollar: Sultan Orucov, 4. İlham Qubadov, 11, 14, 80+1. Cəlal Quliyev, 33. Murad Hacıyev, 65, 67. Sübhan Həziyev, 78 - Rəsul Əlicanlı, 58.

Bu gün U-14 yaş qrupunda 5-ci tur start götürəcək:
U-14, V tur
19 avqust
“Sumqayıt” – “Ulduz”
“Zirə” – “Dostluq”
“Neftçi” - “Qəbələ”