
Bu mövsüm "Qalatasaray" ilə müqaviləsi uzadılan Mario Lemina komandadan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
Leminanın "sarı-qırmızılar"dan ayrılma ehtimalına toxunan müxbir Nəzih Akşənər bildirib: "Oyunçuya qarşı konkret maraq var və klubun tələbləri yerinə yetiriləcəyi təqdirdə onun ayrılmasına icazə verilə bilər".
Qabonlu futbolçu 2019/2020-ci illərdə də "cim-bom"un heyətində çıxış edib.
Mario ötən "futbol ili"ndə 41 matça çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli