
“Milan” “Strasburq”un belçikalı oyunçusu Dieqo Moreyranı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliya klubunun mətbuat xidməti yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb. Moreyra “Milan”da 22 nömrəli formanı geyinəcək.
Futbolçu “Benfika” yetirməsidir.
Moreyra 2023/2024-cü illər mövsümündə “Lion”da da çıxış edib. 2024-cü ilin yayında isə “Strasburq”a keçib. Gənc oyunçu sürəti və texniki imkanları ilə seçilir.
Əlisahib İbrahimli