
Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kroos PSJ-nin vingeri Xviça Kvaratsxelyanı "Qızıl top"a ən real namizəd sayır.
Fanat.Az xəbər verir ki, veteran futbolçu sosial media hesabında bu barədə paylaşım edib:
"Xviça Kvaratsxeliya "Qızıl top"u qazanmalıdır! O, mənim üçün mütləq bir nömrəlidir. Dünya çempionatında oynamış dörd oyunçu - Messi, Bellingem, Mbappe və Rodri - klublarında orta mövsümlər keçiriblər. Kvaratsxeliya isə həm keçən mövsüm, həm də indi dünyanın ən yaxşı klubunda oynayır".
Xatırladaq ki, "Qızıl top" mükafatlandırma mərasimi 26 oktyabrda Londonda keçiriləcək.
Mirağa