
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – "Hapoel Beer-Şeva" oyununa bilet satışı davam edir.
Azərbaycan çempionunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, İsrail təmsilçisi ilə cavab oyunu üçün dörd gün ərzində artıq 15000-ə yaxın bilet satılıb.
Rumıniyada baş tutan ilk oyunda "Sabah" rəqibinə 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, qarşılaşma avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.
Mirağa