
“Sabahın Ulduzları” Bakı Kubokunun U-14 yaş qrupunda 6-cı tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 3 matç baş tutub.
"Sumqayıt"ın müvafiq yş qrupundan ibarət komandası "Azərbaycan Qartalları"na böyük hesabla uduzub. “Dostluq” – EFA görüşündən ikincilər qalib ayrılıblar. "Qarabağ" isə "Zirə" üzərində inamlı qələbə qazanıb.
Sabahın Ulduzları
U-14, 6-cı tur
23 avqust
“Azərbaycan Qartalları” – “Sumqayıt” 4:0
Qollar: Mühəmməd İsmayılzadə, 24, 30. Emir Əmirxanov, 40+1, 80.
“Dostluq” – EFA 1:3
Qollar: İslam Mehtizadə, 11 - Bəybala Məmmədov, 29, 62, 80+2.
“Qarabağ” – “Zirə” - 3:0
Qollar: Tunar Məmmədov, 36. Ceyms Eziaşi, 43-pen. Heydər Mustafayev, 50.
Turun qalan üç oyunu bu gün, avqustun 24-də keçiriləcək:
U-14, 6-cı tur
24 avqust
“Qəbələ” – “Xan”
“Ulduz” – “Neftçi”
“Sabah” – “Vətən”