
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente"nin Azərbaycana səfər planı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Niderland təmsilçisi Bakıya sabah, 25 avqustda təşrif buyuracaq.
Rəqib "Marriott" hotelində məskunlaşacaq. Qonaq komandanın baş məşqçisi Con van den Bromun iştirakı ilə avqustun 26-da keçiriləcək mətbuat konfransı saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Tvente”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) isə saat 18:00-da eyni stadionda keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.
Mirağa