
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubun Xulian Alvaresin transferi ilə bağlı planlarına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Marca" almaniyalı çalışdırıcının "Atletiko Bilbao" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında dediklərini belə çatdırıb:
"Bu barədə danışmaq istəmirəm. Anladığım qədəriylə, ya Xulianla müqavilə imzalayırıq, ya da başqa heç kimlə. Klubdakı vəziyyətdən xəbərdaram. Əla transferlər etmişik. Klub gələcəyi düşünməlidir. Həll yolları axtarmalıyıq. Məşqçi kimi mən həmişə daha çox şey istəyirəm. Komandama tam güvənirəm. Bizim əla komandamız var. Deko əla iş görür. Hazırda və növbəti üç-beş ildə klub üçün nəyin ən yaxşı olduğunu düşünürük. Klubda sabitlik istəyirik".
Argentinalı hücumçu Xulian Alvares Kataloniya klubuna keçmək istəyini açıqlayıb. "Atletiko Madrid" isə oyunçusunu 150 milyon avrodan aşağı satmaq istəmir.
Xatırladaq ki, "Barselona" İspaniya çempionatında yeni mövsümə "Elçe" üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Kataloniyalılar 2-ci tur çərçivəsində bu gün "Atletik"i qonaq edəcək.
Mirağa