
Ağdamın "Qarabağ" klubu azarkeşlərinə transfer sürprizi etməyə hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 3 yeni futbolçusunun transferini bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının fasiləsində rəsmən ictimaiyyətə təqdim edəcək.
Yeni transferlər – Taofik İsmaeel, Reda Khadra və Dieqo Rosadır.
Matçın gedişində elan ediləcək bu keçidlər Ağdam klubunun hücum və yarımmüdafiə xəttini ciddi şəkildə gücləndirəcək.
Mirağa