
UEFA Avropa Liqasında 2026/27 mövsümünün liqa mərhələsinin püşkatma mərasimi bu gün keçirilib.
Fanat.Az xəbər verir ki, püşkün nəticələri Monakoda keçirilən tədbirdə bəlli olub.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürüb.
Türkiyənin turnirdəki təmsilçisi "Beşiktaş"ın da liqa mərhələsindəki rəqibləri müəyyənləşib. IV səbətdə yer alan İstanbul klubu ev oyunlarında "Marsel", "Yunion SG", "Kristal Pelas" və "Hapoel"lə (Beer-Şeva) qarşılaşacaq. "Ağ-qaralar" səfər matçlarında isə "Bayer Leverkuzen", "Seltik", "Omoniya" və "Hoffenhaym"la üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasının liqa mərhələsində ilk görüşlər sentyabrın 16-17-də keçiriləcək.