
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” Rusiya Birinci Liqasında daha bir qələbəyə imza atıb.
Fanat.Az xəbər verir ki, 9-cu tur çərçivəsində “Soçi” doğma meydanda “Çelyabinsk”i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Zaxar Federov və Ramazan Hacimuradov vurub.
Ramil Şeydayev də görüşdə iştirak edib. Millimizin hücumçusu oyuna start heyətində başlayıb və 65-ci dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra “Soçi” 19 xalla turnir cədvəlində 3-cü sırada yer alır.
Əlisahib İbrahimli