
İkinci Liqa təmsilçisi "Şirvan" yeni qapıçı transfer edib.
Bunu Fanat.Az-a komandanın baş məşqçisi Pərviz Bayramov bildirib.
Bölgə təmsilçisi 27 yaşlı Əli Kərimovu heyətinə cəlb edib.
Onun son klubu "Quba" olub. Kərimov qışa qədər "Qaradağ Lökbatan"da, fasilədən sonra isə şimal təmsilçisində forma geyinib.
Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev, Novruz Rəhimov, İbrahim İbrahimli, Elnur Mirzəyev kimi futbolçularla güclənib.
Mirağa