
“Yuventus” “Nyukasl”ın almaniyalı hücumçusu Nik Vültemadenin icarə əsasında transferi ilə bağlı razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
24 yaşlı forvardın Turin klubuna keçidinin yay transfer pəncərəsinin son günündə rəsmiləşdirilməsi gözlənilir. Razılaşmaya əsasən, “sağsağanlar” bu icarədən 3,5 milyon funt-sterlinq qazanacaq.
Müqavilədə Vültemadenin icarə müddəti başa çatdıqdan sonra “Yuventus” tərəfindən transfer edilməsi ilə bağlı hər hansı satınalma prinsipi və ya məcburi öhdəlik yer almayacaq.
Qeyd edək ki, Nik Vültemade ötən il “Ştutqart”dan 75 milyon avro qarşılığında “Nyukasl”a transfer olunub. O, İngiltərə klubunda 53 matça çıxaraq, 11 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli