14:43 01.09.2026 46

Son 10 mövsümün antirekordu yaşandı

Misli Premyer Liqasının III turu antirekordla əlamətdar olub.

Fanat.Az xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub.

Orta məhsuldarlıq 0,83-ə bərabər olub.

“Qəbələ” - “Şamaxı” görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. “Kəpəz” - “Turan Tovuz” və “Zirə” - “Neftçi” matçlarında meydan sahibi, “Şəfa” - “İmişli”, “Sumqayıt” - “Qarabağ” və “Araz-Naxçıvan” - “Sabah” oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Orta məhsuldarlığın 0,83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/17 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub. Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan üç 10 il sonra da üz-üzə gələn cütlər olub. “Sumqayıt” – “Qarabağ” (0:2) və “Neftçi” – “Zirə” (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, “Qəbələ” – “İnter” (indiki “Şamaxı”) qolsuz başa çatıb. “Kəpəz”lə AZAL-ın duelində də qol qeydə alınmayıb.

III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib. Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb. 2023/24 mövsümünün sonuncu – XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb. 2024-cü il mayın 25-26-da keçirilən turda “Sumqayıt” “Qəbələ”yə, “Zirə” “Səbail”ə, “Turan Tovuz” “Kəpəz”ə evdə, “Sabah” “Neftçi”yə səfərdə 1 qolla qalib gəlib. Yalnız “Araz-Naxçıvan” – “Qarabağ” duelində (2:2) hesab fərqli olub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Sentyabr 2026
15:02

"Yuventus" yeni hücumçu ilə razılığa gəldi

14:43

Son 10 mövsümün antirekordu yaşandı

14:28

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

14:10

Deniz Gül "Qalatasaray"da - RƏSMİ

13:51

AÇ-2026: Azərbaycan millisi Türkiyə ilə 1/8 final oyununa çıxır

13:32

Mudrik digər İngiltərə klubuna keçir

13:14

"Rəhbərliyin qarşıya qoyduğu hədəf bir yana, özüm də məşqçi kimi buna nail olmaq istəyirəm"

12:55

"Borussiya Dortmund" "Arsenal"ın yarımmüdafiəçisini aldı

12:36

"Mançester Siti" Ndiayeni gətirir

12:17

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

11:58

"Gəncəbasar" 23 yaşlı yarımmüdafiəçini transfer etdi

11:40

Salahın adı yaşadığı küçəyə veriləcək

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Fənərbağça" Can Uzunu rənglərinə bağlamaq istəyir

10:49

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Sabahın Ulduzları": "Qarabağ"la "Sabah"ın duelində qalib müəyyənləşmədi

10:09

İkinci Liqada mövsüm start götürür

09:48

Zamiq oynadı, komandası...

09:25

Kənan Yıldız əməliyyat olundu

09:00

Benzema klubsuz qaldı

02:23

"Real Madrid" daha bir ulduzu heyətinə qatır

01:44

La Liqa: "Barselona" "Rayo Valekano"nu əliboş yola saldı

01:33

Premyer Liqa: "Arsenal"dan çətin qələbə

01:20

A Seriyası: "Roma" darmadağına sevindi

00:54

"Qalatasaray"da şok ayrılıq

31 Avqust 2026
23:49

Qurban Qurbanov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

23:25

Filipe Kandido "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

22:58

"Sabah"ı yox, bu klubu seçdi

22:06

MPL: "Sabah"dan minimal hesablı qələbə, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi

21:41

"Komandamızın potensialı böyükdür" - Zaur İsmayılov

21:21

"Neftçi" xorvatiyalı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:47

Azərbaycan cüdoçuları beynəlxalq turniri 11 medalla başa vurublar

20:30

"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

20:12

Qismət Novruzov federasiyadan narazıdır

19:50

Argentina millisində Messi dövrü başa çatdı

19:14

"Sabah" rumınların transfer arzusunu ürəyində qoydu

18:33

Tarixi rekord: Cekpot ilk dəfə 2 000 000 manatı keçdi

18:16

Uotkins "Əl-Hilal"ın şərəfini qoruyacaq

17:52

"Mançester Siti" 22 yaşlı vingeri heyətinə qatdı - RƏSMİ

17:34

"Xankəndi"nin həkimi getdi

Facebookdan bizi izləməyi unutmayın.
X