10:05 03.09.2026 151

"Sabah"ın ÇL oyunlarını hansı stadionda keçirəcəyi bilindi - DETALLAR

Çempionlar Liqasında debüt etməsinə baxmayaraq, böyük uğura imza atan "Sabah"ın Liqa mərhələsindəki oyunlarına böyük maraq var. Püşk nəticəsində Avropa nəhənglərinə rəqib olması "bayquşlar"ın stadion seçiminə də təsir göstərib. "Barselona", "Borussiya Dortmund", "Napoli" kimi "divlər"in Bakıya gələcəyini nəzərə alsaq, bakılıların ev oyunlarını harada keçirəcəyi ilə bağlı sual aktualdır. Doğrudur, ilk ev oyununu "Slaviya"ya qarşı keçirəcək "Sabah" klubunun mətbuat xidməti Çexiya təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklərini bildirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, praqalılarla görüş üçün "Tofiq Bəhramov"u məqbul sayan paytaxt təmsilçisinin rəhbərliyi İspaniya, Almaniya və İtaliya nəhəngləri ilə duelləri daha iri tutumlu arenada keçirməyə qərar verib. 

AFFA prezidenti Rövşən Nəcəf püşkatmadan dərhal sonra "Sabah" rəhbərliyinə Azərbaycanda böyük azarkeş marağına səbəb olacaq oyunları Bakı Olimpiya Stadionunda keçirməyi, bunun üçün mərkəzi arenanı hazırlamağı məsləhət görüb. Masazırlılar da dərhal əməli fəaliyyətə keçiblər. BOS-un ot örtüyünün yüksək səviyyəyə çatdırılması üçün işlərə start verilib. Qeyri-adi nəsə baş verməsə, "Sabah" "Barselona", "Borussiya Dortmund" və "Napoli"ni BOS-da qəbul edəcək. 
Azarkeşlərin bu oyunlara cəlb olunması ilə bağlı "bir biletlə 3 oyuna" kampaniyası keçiriləcək. Hansı ki, adətən UEFA klublarının avrokubokların (Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqası) liqa mərhələsindəki bir neçə oyununu paket ("bundle") şəklində azarkeşlərə daha sərfəli qiymətə təqdim etmək kampaniyasına icazə verir.

Xatırladaq ki, "Sabah" Liqa mərhələsində "Barselona", "Vilyarreal" (hər ikisi İspaniya), "Arsenal", "Mançester Yunayted" (hır ikisi İngiltərə), "Borussiya Dortmund" (Almaniya), "Napoli" (İtaliya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə qarşılaşacaq. Təmsilçimizin oyunlarının təqvimi belədir: 

10 sentyabr 2026. Saat 23:00 - "Mançester Yunayted" - "Sabah"
13 oktyabr 2026. Saat 20:45 - "Sabah" - "Slaviya"
20 oktyabr 2026. Saat 20:45 - "Sabah" - "Borussiya Dortmund"
4 noyabr 2026. Saat 23:59 - "Vikinq" - "Sabah"
25 noyabr 2026. Saat 21:45 - "Sabah" - "Barselona"
8 dekabr 2026. Saat 21:45 - "Vilyarreal" - "Sabah"
20 yanvar 2027. Saat 21:45 - "Sabah" - "Napoli"
27 yanvar 2027. Saat 23:59 - "Arsenal" - "Sabah"

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Sentyabr 2026
10:24

"Beşiktaş" yeni transferini açıqladı - RƏSMİ

10:05

"Sabah"ın ÇL oyunlarını hansı stadionda keçirəcəyi bilindi - DETALLAR

09:46

"Trabzonspor" Rişarlisonla anlaşdı

09:23

1-ci Liqa: Çempionat iddialıların oyunları ilə başlayır

09:00

Mehrac sabiq komandasını yenməyə köklənib - AÇIQLAMA

01:39

"Qalatasaray"da gözlənilməz ayrılıq

00:49

Avropa nəhənglərinin cərrahı Elvindən yazdı

02 Sentyabr 2026
23:53

Raul Asensio sərxoş halda avtomobil idarə edərkən saxlanılıb

23:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:25

"Səbail"in adı dəyişir, klub Qubanı təmsil edəcək

23:10

"Mançester Yunayted" Lyuis Holl üçün yenidən hərəkətə keçəcək

22:43

Azərbaycan millisinin matçının yeri ilə bağlı dəyişiklik edilib

22:13

Messidən sonra "10" nömrəni kim geyinəcək?

21:36

Azərbaycan millisi Qırğızıstana qarşı oyundan məğlub ayrıldı

21:13

"Məqsədimiz bəllidir - yalnız qələbə!" - "Gəncəbasar"ın qapıçısı

20:41

Rəhim Həsənov III turun mübahisəli qərarlarını dəyərləndirib

20:13

"Kəpəz"in yeni transferində agentlik rolu

19:38

Elvin Cəfərquliyevin əməliyyatı uğurla başa çatıb

19:18

"Neftçi"də daha bir ayrılıq

18:56

2-ci Liqa: "Şəmkir" büdrədi, Binədə "qol yağdı"

18:03

Amid Quluzadə: "Rəqib ilk "altılığ"a düşə bilər"

17:40

"Araz-Naxçıvan" "Qarabağ"la matça tam heyətlə hazırlaşır

17:22

"Qarabağ"ın növbəti oyuna neçə itki ilə çıxacağı bilindi

17:04

Gəncədə anşlaq olacaq - İlk gündə bu sayda bilet satıldı

16:47

Vernidub yalnız onu "Şəfa"ya qarşı oynada bilməyəcək

16:28

PSJ Sanşeşlə müqaviləni ləğv etdi - SON DURUM

16:11

"Şamaxı" ilə oyun ərəfəsində "Kəpəz"i bu məqam sevindirir

15:53

"Mançester Siti" vingerini icarəyə verdi

15:35

"Neftçi" ilə oyuna hazırlaşan "Şəfa"nın itkiləri varmı? - AÇIQLAMA

15:16

"Kəpəz"lə oyun mənim üçün prinsipial deyil" - Azər Bağırov komandasından narazıdır

14:57

"Qəbələ"nin futbolçusu "Gəncəbasar"a transfer oldu

14:38

"Çelsi"nin müdafiəçisi "Tottenhem"lə anlaşdı

14:19

"Şamaxı" "Kəpəz"lə oyuna tam səfərbər oldu

14:00

"Yuventus" yeni hücumçusunu açıqladı - RƏSMİ

13:41

Mudrik "Çelsi"dən ayrıldı, Londondan yox - FOTO

13:25

Hazırda klubsuz olan ulduz futbolçular kimlərdir?

13:06

İspaniya nəhəngi Kanada futbolunun əfsanəsinin keçidini açıqladı

12:47

"Çelsi"nin transferi baş tutmadı - SƏBƏB

12:29

Baş məşqçsiz qalan "Qəbələ"də son durum bilindi

12:11

"Şəfa"dan ayrılan yarımmüdafiəçi Azərbaycanın bu klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X