
“Portu” və “Qalatasaray” İtaliyanın “Yuventus” klubunda çıxış edən Federiko Qattiyə maraq göstərir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Newsme" yayıb.
Məlumata görə, hər iki klub 27 yaşlı müdafiəçinin transfer imkanlarını araşdırır. Qatti son mövsümlərdə “Yuventus”un əsas heyətində yer alan futbolçulardan biridir.
“Portu”nun müdafiə xəttini gücləndirmək üçün italiyalı oyunçunu əsas namizədlərdən biri hesab etdiyi bildirilir. “Qalatasaray” isə müdafiəyə yeni futbolçu cəlb etmək məqsədilə Qattinin vəziyyətini yaxından izləyir.
Turin klubunun futbolçu ilə bağlı mövqeyi isə hələlik dəyişməyib. İtaliya təmsilçisinin oyunçunu komandada saxlamaq istədiyi və mümkün transfer üçün yüksək məbləğ tələb edəcəyi qeyd olunur.
Federiko Qatti 2022-ci ildən “Yuventus”un formasını geyinir və İtaliya millisində də çıxış edib.
Əlisahib İbrahimli