
“Sabahın Ulduzları" Bakı Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə U-15 yaş qrupunda 8-ci tur start götürüb.
Turun ilk günündə 2 oyun keçirilib.
"Neftçi" əsas rəqiblərindən sayılan, cəmi 1 xal geridə olan "Ulduz"u minimal hesabla üstələyərək liderliyini qoruyub.
"Zirə" isə "Rekord"u inamlı hesabla məğlub edib və ilk "üçlüy"ə yaxınlaşıb.
Sabahın Ulduzları
U-15, 8-ci tur
2 sentyabr
“Zirə” – “Rekord” 2:0
Qollar: Əli Hüseynov, 45, 68.
“Neftçi” – “Ulduz” 2:1
Qollar: Kənan Əzimov, 16. Ədalət Hüseynli, 26 - Yusif Əlizadə, 48-pen.
Bu gün U-15-lərin yarışında 8-ci tura yekun vurulacaq:
U-15 / 8-ci tur
EFA – “Qarabağ”
“Marafon” – “Sumqayıt”
“Qəbələ” – “Sabah”