
Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ"nin qonağı olacaq "İmişli"nin heyəti ilə bağlı son durum bəlli olub.
Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Fərid Namazov məlumat verib:
"Tuncay Yusifli və Mehdi Tahirovu nəzərə almasaq, ciddi zədəsi və ya cəzalı olan oyunçumuz yoxdur. Onlar əvvəlki oyunlarda da bizə kömək edə bilməyiblər. Tuncay iki həftə sonra komanda ilə məşqlərə qoşulacaq. Mikrozədəlilər var, onlar da matça qədər heyətdə olacaqlar. Bir sözlə, komanda "Qəbələ" ilə matça hazırdır".
Qeyd edək ki, "Qəbələ" - "İmişli" oyunu sentyabrın 4-də keçiriləcək. Matçın start fiti saat 18:00-da səsləndiriləcək. Üç oyunda 4 xal toplayan "İmişli" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıbsa, cəmi 1 xalı olan "Qəbələ" 10-cudur. "Qırmızı-qaralar" son məğlubiyyətin ardından baş məşqçisi Kaxaber Tsxadadzeni istefaya göndərib.
Mirağa