
Türkiyə 1-ci Liqasının 5-ci həftəsində “Bursaspor” doğma meydanda “İstanbulspor”u qəbul edib.
Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edərək böyükhesablı qələbə qazanıb.
Azərbaycan millisinin futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.
Müdafiəçi 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olaraq qarşılaşmanın son bölümündə komandasının üstünlüyünü qorumasına kömək edib.