
Kipr Superkubokunun final qarşılaşması keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun formasını geyindiyi "Pafos" həlledici matçda "Omoniya" ilə qarşılaşıb.
Gərgin keçən mübarizə "Pafos"un 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu 74-cü dəqiqədə Lələ vuraraq komandasına titulu qazandırıb. Həmyerlimiz Murad Məmmədov isə bu görüşün iştirak ərizəsində yer almayıb.