
"Atletiko Madrid"in yarımmüdafiəçisi Markos Lyorente bir daha İspaniya millisində oynamayacağını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu sosial media hesabı üzərindən etdiyi paylaşımda klub karyerasına daha çox diqqət yetirmək qərarına gəldiyini bildirib.
Lyorente milli komandada debütünü 2020-ci ildə edib. O vaxtdan bəri milli komandada 27 oyun keçirib. Futbolçu həmçinin dünya və Avropa çempionu titulunu qazanıb.
Təcrübəli futbolçu klubunda Dieqo Simeonenin ən çox güvəndiyi futbolçulardan biridir.
Mirağa