
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted" ilə qarşılaşacaq.
Azərbaycan millisinin sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb "bayquşlar"ın ÇL matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ümumilikdə Çempionlar Liqasında bizi maraqlı oyunlar gözləyir. "Sabah" həddindən artıq böyük işlər gördü. Qarşısındakı rəqiblər həm tarixi, həm də güclü klublardır. Komandamız öz oyununu oynamalıdır. Nəticəyə fikir vermək lazım deyil. Elə olduqda matç əldən gedir. Heç kim deyə bilməz ki, "Sabah" "Mançester Yunayted"i udmalıdır. Sadəcə komandamızdan gözlənilən odur ki, öz performansını nümayiş etdirsin və Azərbaycan komandalarının necə oynadığını dünyaya göstərsin. "Sabah"a uğurlar arzulayıram".
Qeyd edək ki, tərəflər arasında görüş İngiltərədə baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli