
“Mançester Yunayted” azad agent statusunda olan David Alabanı transfer etməkdən imtina edib.
Fanat.Az xəbər verir ki informasiyanı "Talksport" yayıb.
İngiltərə klubu 34 yaşlı müdafiəçinin fiziki vəziyyəti ilə bağlı narahatlıqlara görə bu addımı atıb. “Qırmızı şeytanlar”ın Alabanı müdafiənin həm mərkəzində, həm də sol cinahında oynaya biləcək futbolçu kimi nəzərdən keçirdiyi bildirilirdi.
Lakin avstriyalı futbolçunun son illərdə yaşadığı zədə problemləri “Mançester Yunayted”i fikrindən daşındırıb. Alaba 2023-cü ilin dekabrında ön çarpaz bağlarından zədə alıb və bu səbəbdən uzun müddət yaşıl meydanlardan uzaq qalıb. O, son üç mövsümdə 109 oyunda iştirak edə bilməyib.
Alaba ötən mövsüm “Real Madrid”in heyətində cəmi 16 matça çıxıb. Mövsümün sonunda Madrid təmsilçisi ilə yollarını ayıran müdafiəçi hazırda klubsuzdur.
Əlisahib İbrahimli