
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu davam edir.
Fanat.Az xəbər verir ki, açılış turunun ikinci günündə daha 6 oyun keçiriləcək.
Azərbaycan çempionu "Sabah"ın rəqiblərindən olan "Barselona" İspaniyada Niderlandın "Feyenoord", "Napoli" isə İngiltərənin "Arsenal" komandasını qəbul edəcək.
Gecənin daha bir mərkəzi oyununda "Liverpul" "Atletiko Madrid" ilə üz-üzə gələcək.
Türkiyə çempionu "Qalatasaray" isə "Sportinq"in qonağı olacaq.
Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsində təmsil edəcək "Sabah" ilk sınağına sabah - 10 sentyabrda çıxacaq. "Bayquşlar" İngiltərədə "Mançester Yunayted"lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
9 sentyabr
20:45. Barselona (İspaniya) – Feyenoord (Niderland)
20:45. Ştutqart (Almaniya) – Vikinq (Norveç)
23:00. Liverpul (İngiltərə) – Atletiko Madrid (İspaniya)
23:00. Napoli (İtaliya) – Arsenal (İngiltərə)
23:00. PSJ (Fransa) – Slovan (Slovakiya)
23:00. Sportinq (Portuqaliya) – Qalatasaray (Türkiyə)