
“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarışın qrup mərhələsi sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, bu gün U-14 yaş qrupunda sonuncudan əvvəlki - 10-cu tur start götürüb.
Turun ilk oyun günündə 3 matç baş tutub. "Sabah" "Ulduz"u minimal hesabla üstələyərək "Qarabağ"la şərikli liderliyini davam etdirib. Ağdam təmsilçisi öz növbəsində "Vətən"ə xal verməyib. Beləliklə, hər iki komanda 28 xalla 1-2-ci yerləri bölüşürlər.
Turun daha bir görüşündə isə məhsuldar heç-heçə qeydə alınıb. "Qəbələ" ilə "Dostluq" hərəyə 4 qol vurub 1 xalla kifayətləniblər.
Sabahın Ulduzları
10-cu tur
8 sentyabr
“Ulduz ” – “Sabah” 1:2
Qollar: Uğur Hüseynli, 18 - Əkrəm Rəhimov, 34. Timur Hacıyev, 61.
“Qəbələ” – “Dostluq” 4:4
Qollar: Adil Məmmədov, 25. Mehdi Cabbarlı, 56-pen. İsmayıl Bəşirzadə, 68. Musa İsmayılov, 72 - Yusif Qasımlı, 11-pen. Nuri Əbülfəz, 53. Cavid Səfərov, 67. Toğrul Mahmudzadə, 75-pen.
“Qarabağ” – “Vətən” 3:1
Qollar: Yusif Hacızadə, 17. Ayxan Babazadə, 40+1-pen. Ceyms Eziyaşi, 75 - Əli Əlisoy, 62.
Bu gün - sentyabrın 9-da daha 3 oyun keçiriləcək:
U-14, 10-cu tur
9 sentyabr
Sumqayıt – Zirə
Azərbaycan Qartalları – EFA
Neftçi – Xan