
Tanınmış mütəxəssis Pep Qvardiolanın Türkiyədə çalışa biləcəyi haqda məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcının "Trabzonspor"a rəhbərlik edə biləcəyi bildirilir.
Dünya ulduzu Məhəmməd Salahın sıralarına cəlb olunduğu Türkiyə klubunun 54 yaşlı məşqçiyə 13 milyon avro maaş təklif etdiyi də gəzən xəbərlər arasındadır.
Bununla belə, Qvardiolanın agenti Jozep Mariya Oroviç ispan mütəxəssis ilə bağlı şayiələri təkzib edərək məsələyə nöqtə qoyub. "Goal" onun dediklərini belə çatdırıb:
"Pep bu mövsüm nəinki "Trabzonspor"u, heç bir klubu və ya milli komandanı çalışdırmayacaq".
Qvardiola ötən mövsümün sonunda "Mançester Siti"dən ayrıldıqdan sonra hazırda işsizdir.