
Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Bursaspor" doğma azarkeşləri önündə "Esenler Erokspor"u qəbul edib.
Qolların arxa-arxaya vurulduğu gərgin qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb.
O, matçın 63-cü dəqiqəsində Barış Gökün əvəzinə meydana daxil olaraq komandasının hücumlarına canlılıq gətirməyə çalışıb.
Qeyd edək ki, Bursa təmsilçisi 16 xalla turnir cədvəlinə liderlik edir.