12:59 15.09.2026 47

"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

Birinci Liqada 2-ci turun oyunlarına yekun vurulub. 

Ötən mövsüm "Baku Sportinq"i çalışdırmış gənc mütəxəssis Röyal Nəcəfov Fanat.Az üçün keçən həftəsonu baş tutan oyunları və komandaların ümumi durumunu dəyərləndirib:

"Tura gəldikdə isə, mərkəzi görüş "Şahdağ Qusar" və "Karvan-Yevlax" komandaları arasında baş tutdu. Həqiqətən də "Şahdağ Qusar" çempionata, möhtəşəm başladı. Çünki ilk iki turda birbaşa rəqiblərinə qarşı üstün oyun nümayiş etdirərək qələbələr qazandı. Bu, onlar üçün gələcəkdə böyük bir üstünlük təşkil edəcək. Komanda elə ilk turlardan çempionluğun əsas namizədi olduğunu göstərdi. "Karvan"a gəldikdə isə görünən odur ki, komanda enişli-yoxuşlu çıxış edəcək. "Səbail"in qələbəsini də qeyd etmək lazımdır. Hərçənd "Mingəçevir"lə matçda hesab 2:1 olsa da, "Səbail" daha böyük fərqlə qalib gələ bilərdi. Turdan-tura görünür ki, "Səbail" artıq öz oyununu oturuşdurmağa başlayır və çempionluğa əsas namizədlərdən biri olduğunu irərləyən matçlarda da göstərəcək. "Mingəçevir" isə, əvvəl də dediyim kimi, böyük ehtimalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşacaq və əsas hədəfi, yəqin ki, liqada qalmaq olacaq. Digər oyunlara gəldikdə isə, əslində MOİK-in "Şimal" üzərində böyük hesabla qələbəsini gözləyirdim. Amma "Şimal" həqiqətən göstərdi ki, bu il bir çox komandaya başağrısı olacaq. Hədəflərinin liqada qalmaq olmasına baxmayaraq, məncə, bu ilki "Şimal" ötənilki heyətdən daha yaxşıdır. MOİK-də isə qeyri-stabillik hələ də davam edir. Artıq iki tur geridə qalıb və komanda hələ də qeyri-stabil çıxış edir. Məncə, ötən turda da qeyd etmişdim, ən çox bəyəndiyim komandalardan biri "Zaqatala"dır. Baxmayaraq ki, birinci liqa təcrübəsi çox az sayda olan futbolçular var, ancaq əksər oyunçular dubl, əvəzedici heyət və U-19 liqasından gəliblər komandada məşqçi işi aydın görünür və "Zaqatala" böyük hesabla qələbə qazandı. "Baku Sportinq"ə baxdıqda isə, əfsuslar olsun ki, komanda ilk iki turda çox uğursuz nəticə göstərdi. Vaxtilə orada işləmiş bir məşqçi kimi "Baku Sportinq" üçün çox böyük təəssüf hissi keçirirəm. Çünki ilk iki turda 6 qol buraxıblar, xalları yoxdur və hələ qol vurmayıblar. Ümid edirəm ki, gələcəkdə "Sportinq" öz oyununu düzəldəcək, çünki onlar turnir cədvəlinin yuxarı pillələrinə layiq komandadır. Digər oyuna gəldikdə isə, bildiyimiz kimi, "Xankəndi" çempionata yaxşı başlamışdı. "Səbail"lə oyundan bir xal götürmüşdü. Amma demişdim ki, bu komandaya zaman lazımdır, görək nə edəcəklər. Hərçənd "Xankəndi" önə keçsə də, "Gəncəbasar" səfərindən məğlubiyyətlə ayrıldı. Demək olar ki, "Xankəndi"də də qeyri-stabillik müşahidə olunur. Oyuna baxdıqda, "Səbail"dən xal almaları komandanın yaxşı əzmkarlıq göstərdi, "Gəncəbasar" səfərindəki məğlubiyyət onların hələ də tam hazır olmadığını göstərdi. Liqanın hazır komandalarından biri kimi "Gəncəbasar"ı xüsusi qeyd etmək istərdim. Yeni yaransa da, daha doğrusu, adı dəyişsə də və o qədər iddialı görünməsə də, məşqçinin işi və komandanın oyunu göstərir ki, "Gəncəbasar" bu ilin sürpriz komandalarından biri ola bilər".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
13:16

AFFA "Kəpəz"i cərimələdi

12:59

"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

12:40

Derbidəki VAR hakimi ilə bağlı ölçü götürüldü

12:21

"Sabah"dan möhtəşəm start

12:04

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

Facebookdan bizi izləməyi unutmayın.
X