
Polşada Ekstraklasanın 3-cü turunun təxirə salınmış oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, “Rakuv” doğma meydanda “Zaqlembe Lubin”ə 2:3 hesabı ilə uduzub.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və matçı sonadək meydanda keçirib.
Mahir 58-ci dəqiqədə rəqib qapısına yol tapsa da, VAR müdaxiləsindən sonra qol ləğv olunub.
Bu məğlubiyyətdən sonra “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.