
“Sabahın Ulduzları” Bakı kuboku uğrunda yarış davam edir.
Fanat.Az xəbər verir ki, U-15 yaş qrupunda 11-ci tura yekun vurulub.
Turun son oyun günündə 3 matç keçirilib. "Neftçi" "Rekord"u inamlı hesabla yenərək ilkin mərhələni məğlubiyyətsiz və zirvədə tamamlayıb. Günün digər qarşılaşmalarında eyni hesab qeydə alınıb. "Sumqayıt"ın qapısından 5 cavabsız top keçirən "Qarabağ" ilə "Zəngəzur"a şans verməyən "Ulduz" da yarımfinala adlayıblar.
Sabahın Ulduzları
U-15, 11-ci tur
15 sentyabr
“Rekord” – “Neftçi” 1:3
Qollar: Ayaz Kəlbəliyev, 4 – Sultan Orucov, 18, İlham Qubadov, 41, 56.
“Qarabağ” – “Sumqayıt” 5:0
Qollar: Raul Hüseynli, 16, 33, 49, Altay Haqverdiyev, 48, Məhəmməd Bağırov, 64.
“Zəngəzur” – “Ulduz” 0:5
Qollar: Fuad Yolçiyev, 1, Ramin Əhmədli, 20, Rəsul Qurbanlı, 36, 70, Cəbrayıl Əkbərov, 37.

Qeyd edək ki, “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışın Əsasnaməsinə uyğun olaraq ilkin mərhələnin yekun cədvəlində ilk dörd pilləni tutmuş komandalar yarımfinala vəsiqə qazanırlar. U-15-lərin yarışında sonuncu - dördüncü yarımfinalçının adına bu gün aydınlıq gələ bilər. EFA "Zəngəzur"la 7-ci turdan təxirə salınmış görüşdə qələbə qazana bilsə, "Sabah"ı qabaqlayıb 4-cü yeri özününküləşdirəcək. Əks halda, "Neftçi", "Qarabağ" və "Ulduz"a "bayquşlar" qoşulacaq.
U-15
7-ci turun təxirə salınmış oyunu
17 sentyabr
“Zəngəzur” - EFA