
Lionel Messi Argentina millisində son oyununu keçirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Argentina Futbol Assosiasiyası (AFA) 39 yaşlı hücumçunu oktyabr ayında keçiriləcək yoldaşlıq görüşləri üçün heyətə daxil edib.
Messinin 6 oktyabrda Buenos-Ayresdəki "Monumental" stadionunda Beninə qarşı keçiriləcək oyunda Argentina millisinin formasını sonuncu dəfə geyinməsi planlaşdırılır. Qarşılaşma onun milli komandaya rəsmi vida matçı olacaq.
AFA prezidenti Klaudio Tapia bildirib ki, Messi üçün azarkeşlərin qarşısında xüsusi vida mərasimi təşkil etmək istəyirlər. Messi də bu dəvəti qəbul edib.
Əlisahib İbrahimli