
İtaliyanın “Bolonya” klubu ilə müqavilə imzalayan 18 yaşlı yarımmüdafiəçi Ömər Muradov Qazaxıstan Futbol Federasiyasının diqqətsizliyindən gileylənib.
Fanat.Az xəbər verir ki, “ASnews.kz”ə müsahibə verən futbolçu Qazaxıstan millisindən indiyədək heç bir əlaqə saxlanılmadığını bildirib.
“QFF ilə hər hansı dialoq olub? Xeyr. Mənimlə heç kim əlaqə saxlamayıb. Özümü sanki heç kimə lazım olmayan biri kimi hiss edirəm. 2027-ci ilin yayında “Bolonya”ya qoşulacağam. Hazırda isə adını açıqlaya bilməyəcəyim başqa bir klubla danışıqlar aparıram”, – deyə Muradov bildirib.
O, milli komanda seçimi ilə bağlı da fikirlərini bölüşüb: “Milliyə gəlincə, yeniyetmə kimi istənilən ölkənin şərəfini qorumaq hüququm var”.
Xatırladaq ki, Muradovun adı Slovakiyada keçiriləcək “Youth Nations Cup” oyunları üçün Qazaxıstanın U-19 millisinin heyətinə daxil edilməyib. Timur Qasımovun rəhbərlik etdiyi komanda turnirdə İsveçrə, Polşa və Slovakiya ilə qarşılaşacaq.
Bununla yanaşı, AFFA-nın Ömər Muradovla bağlı danışıqlar apardığı məlumdur. Azərbaycan tərəfinin futbolçunu milli komandaya cəlb etmək istəməsinə baxmayaraq, Muradov Qazaxıstan millisində çıxış etməyə üstünlük verir.
Kamil Xudiyev