
"Karvan Yevlax"la müqaviləsinə xitam verən təcrübəli hücumçu Ruslan Voronsov Fanat.Az-a açıqlamasında komandadan ayrılma səbəbini və yeni klubunu açıqlayıb.
- İyulda yeni müqavilə imzalamağınıza baxmayaraq, iki ay sonra ayrıldınız. Bunun arxasında nə dayanır? Baş məşqçi ilə taktiki uyğunsuzluq, yoxsa rəhbərliklə fikir ayrılığı?
"Xeyr, mənim nə rəhbərliklə, nə də Ramiz müəllimlə heç bir problemim olmayıb. Nə taktikasından, nə də oynatdığı oyundan narazılığım var idi. Müqavilənin ləğvi mən tərəfdən irəli sürüldü. Mən əvvəl də "Karvan-Yevlax"da oynamışam. Rəhbərlik sağ olsun ki, məni isti qarşıladı və gedəndə də heç bir problem yaratmadı".
- Karyeranızı harada davam etdirəcəksiniz?
"İndi isə "Zəngəzur"a keçirəm, qışa qədər komandaya kömək edəcəyəm".
Qeyd edək ki, 30 yaşlı hücumçu "Karvan"a bu ilin iyul ayında qoşulmuşdu. Tərəflər arasında imzalanan müqaviləyə sentyabr ayında – cəmi 2 ay sonra qarşılıqlı razılıq əsasında xitam verilib.
Kamil Xudiyev