
“Çelsi”nin ulduz futbolçusu Koul Palmer zədə səbəbindən İngiltərə milli komandasının qarşıdakı oyunlarında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
21 yaşlı hücumameyilli futbolçunun əzələ zədəsi yaşadığı və bu səbəbdən milli komandanın düşərgəsindən geri çəkildiyi bildirilir.
Palmer cari mövsümdə “Çelsi”nin əsas oyunçularından biri olub.
O, bu mövsüm keçirdiyi 7 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
İngiltərə millisi qarşıdakı görüşlərdə İspaniya, Çexiya və Xorvatiya ilə qarşılaşacaq. Palmerin yoxluğu komandanın hücum xəttində diqqətçəkən itki hesab olunur.
Əlisahib İbrahimli