
İkinci Liqanın 4-cü turunda "Qaradağ Lökbatan"la qarşılaşan "Şirvan" darmadağın reallaşdırıb. Bölgə təmsilçisi bazar günü evdə "Şəki"yə rəhm etməyib. Rəqibini 6 cavabsız qolla məğlub edən "Şirvan" zirvədə mövqeyini möhkəmləndirib.
Maksimum nəticə ilə zirvədə qərarlaşan komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Qələbədə əsas həlledici məqam erkən qollar vurmağımız oldu. Oyuna yaxşı başladıq və istədiyimiz qolu artıq 5-ci dəqiqədə vura bildik. Bir qədər sonra fərqi artırdıq. Ümumiyyətlə, görüşün taleyini demək olar, ilk yarıda həll etdik. Altı qoldan 5-i fasiləyə qədər qeydə alındı. İkinci hissədə təmkinimizi qoruduq, oyun intizamını sona qədər davam etdirdik. Ümumiyyətlə, o gün bizim günümüz idi. Şirvanda əsl futbol atmosferi var idi. Azarkeşlər də bizi əla dəstəklədilər. Bu qələbəni onlara həsr etdik.
Məni itkilərin çoxluğu qayğılandırır. Cəmi 4 tur geridə qalıb, ancaq əsas heyətin 5-6 üzvü sıradan çıxıb və çox güman hələ bir müddət onların xidmətindən yararlana bilməyəcəyik. Ola bilsin, zədələrin çoxluğu həftə ərzində məşq etməməyimizlə bağlıdır. Yalnız oyunöncəsi bir araya gələ bilirik və yüngül məşq edib meydana çıxırıq. Çətinliklərə baxmayaraq, qələbələrə davam edib zirvədə qalmağa çalışacağıq".
Qeyd edək ki, "Şirvan" növbəti oyununu səfərdə "Şəmkir" komandasına qarşı keçirəcək. Beşinci turun həmin görüşü 28 sentyabrda baş tutacaq.
Mirağa