
"Bayern Münhen" hücumçusu Harri Keynin yerinə indidən əvəzləyici axtarır.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi daha iki-üç il saxlamağa ümid etdiyi ingilis forvardı kiminlə əvəzləyəcəyini böyük ölçüdə müəyyənləşdirib.
"TeamTalk"-ın məlumatına görə, 33 yaşlı ingilis futbolçu "Bayern"dən ayrıldıqda, klub "Mançester Siti"nin hücumçusu Erlinq Holandın transferini planlaşdırır.
Norveçli hücumçu uğrunda "Real Madrid" və "Barselona" da mübarizə aparır.
Holand dünyanın ən bahalı iki futbolçusundan biridir. "Transfermarkt" onu və Lamin Yamalı 220 milyon avro qiymətləndirir.
O, "Siti"də 205 oyunda 169 qol vurub və 30 məhsuldar ötürmə edib.
Erlinq artıq Bundesliqada - "Borussiya Dortmund"da oynamaq təcrübəsinə malikdir.
Mirağa