
Misli Premyer Liqasının turnir cədvəlində 15 xalla 1-ci pillədə mövqe tutan "Neftçi"nin milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə dönəmindəki planları açıqlanıb.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib:
"Qəbələ" ilə oyundan sonra komanda 5 günlük istirahətə buraxılıb. Altı futbolçu millilərin düşərgəsində, qalanları qısa istirahətdədir. Yoxlama oyunu nəzərdə tutulub, amma rəqibin kimliyi və sınaq matçının tarixi hələ dəqiqləşməyib".
Xatırladaq ki, "ağ-qaralar" çempionatın 6-cı turu çərçivəsində "Qəbələ"ni üstələyib. Sentyabrın 18-də baş tutan görüş Bakı təmsilçisinin 3:0 hesablı zəfəri ilə yekunlaşıb.
Nihat