
1-ci Liqanın iddialılarından olan "Karvan-Yevlax"ın futbolçularının istirahət dönəmi başa çatıb.
Klubdan Fanat.Az-a verilən məlumata görə, 3-cü tur çərçivəsində evdə "Zaqatala"nı yenidkləri (3:0) matçın ardından istirahətə buraxılan futbolçular dünən Yevlax şəhər stadionunda bir araya gələrək hazırlıqları bərpa ediblər.
Sözügedən kollektivin milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə zamanı yoxlama görüşü keçirib-keçirməyəcəyi indilik dəqiqləşməyib.
Xatırladaq ki, Ramiz Məmmədovun çalışdırdığı bölgə komandası ilk 3 turda 6 xal toplayıb və hazırda 1-ci Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Nihat