
“Mançester Yunayted” “Kristal Pelas”ın müdafiəçisi Tyrik Mitçellə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb.
Mənbənin məlumatına görə, Mançester klubu 27 yaşlı sol cinah müdafiəçisini yaxından izləyir. Klubun futbolçunu uzunmüddətli perspektivdə müdafiənin sol cinahını gücləndirmək üçün mümkün namizədlərdən biri kimi nəzərdən keçirdiyi bildirilir.
Mitçellin “Kristal Pelas”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. London klubu futbolçunu komandada saxlamaq üçün yeni sözləşmə imzalamağa çalışır.
“Mançester Yunayted” Mitçellin Premyer Liqadakı təcrübəsini də nəzərə alır. “Liverpul”un da ingiltərəli futbolçu ilə maraqlandığı bildirilir.
Mitçell bu mövsüm “Kristal Pelas”ın əsas futbolçularından biridir. Onun müqavilə vəziyyəti isə qış transfer pəncərəsində mümkün keçid ehtimalını gündəmə gətirir.
Əlisahib İbrahimli