
UEFA Millətlər Liqasında keçiriləcək Gürcüstan - Ukrayna qarşılaşması ərəfəsində gözlənilməz gərginlik yaşanıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 28 də Tbilisidə baş tutacaq matçı idarə edəcək azərbaycanlı FIFA referisi Əliyar Ağayevin təyinatı yerli mediada kəskin narazılıqla qarşılanıb.
Ukrayna tərəfinin bu reaksiyasına əsas səbəb təcrübəli referinin 2025 ci ildə Moskvada təşkil olunan Rusiya - Nigeriya yoldaşlıq görüşündə iş başında olmasıdır. Azərbaycanlı hakimin həmin vaxt Rusiyada meydana çıxmasını xatırladan yerli mətbuat onun bu vacib oyuna təyin edilməsini kəskin şəkildə müzakirəyə çıxarıb.
Mühüm qarşılaşma öncəsi yaranan bu qalmaqaldan sonra referimizin matçdakı hər bir qərarı xüsusi diqqət mərkəzində olacaq.
Kamil Xudiyev