
"Real Madrid"in gənc müdafiəçisi Raul Asensio ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi yay transfer pəncərəsində 23 yaşlı futbolçunu satmağa hazır olsa da, heç bir klubdan ciddi təklif almamışdı.
Əməliyyat olunacaq ispaniyalı müdafiəçinin 2027-ci ilə qədər meydanlardan kənarda qalacağı gözlənilir.
Gənc stoperin "kral klubu" ilə müqavilə müddəti 2032-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.