
Türkiyənin “Qalatasaray” klubu bu gün 121-ci ildönümünü qeyd edir.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi yubileylə bağlı sosial media hesablarında xüsusi paylaşım yayımlayıb.
Burada “Qalatasaray”ı “ilklərin və "ən"lərin komandası” kimi təqdim edib, qurucu Ali Sami Yen və onun silahdaşlarını ehtiramla yad edib.
Paylaşımda bu ifadələrə yer verilib:
"İlklərin və "ən"lərin komandası, Türkiyənin ən böyük klubu olan "Qalatasaray"ımızın 121-ci yaşı tamamlanır!
Qarşımıza qoyulan məqsədlər doğrultusunda irəlilədiyimiz bu yolda əbədi qurucumuz Ali Sami Yen və onun dostlarını sevgi, hörmət və dərin həsrətlə anırıq".
Xatırladaq ki, “Qalatasaray” 1 oktyabr 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təsis edilib. İstanbul klubu Türkiyə çempionatında 26 dəfə çempion olub.
“Sarı-qırmızılar” 2000-ci ildə UEFA Kuboku və UEFA Superkubokunu qazanaraq Avropa səviyyəsində kubok əldə edən ilk və indiyədək yeganə Türkiyə klubu kimi tarixə düşüb.
Əlisahib İbrahimli