
Azərbaycan 2-ci Liqasında 6-cı turun oyun cədvəli bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, üç görüş oktyabrın 3-də, digər yarısı da ertəsi gün baş tutacaq.
Altı oyundan yalnız birinin yeri ilə bağlı sual yarandığı üçün Peşəkar Futbol Liqası hələlik turun oyun cədvəlini açıqlamır. Söhbət "Ağdaş" - "Dinamo" qarşılaşmasından gedir. Bazar günü keçiriləcək oyun saat 15:00-da başlayacaq. Ancaq matçın Ağdaşda keçirilməmək ehtimalı yaranıb. Stadionun ot örtüyü yararsız hala düşüb və digər komandalar orada oynamaq istəmirlər. Etirazları nəzərə alan PFL indiki durumda "Dinamo"nun ev sahibi statusunda oynaması ehtimalını müzakirə edir. Problem yaranmasa, oyun təqvimdə "Dinamo" - "Ağdaş" görüşü kimi qeyd olunacaq və Binədə təşkil ediləcək.
Turun oyun cədvəli belədir:
3 oktyabr
Qaradağ Lökbatan - Zəngəzur 15:00.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. Şəki - Şəmkir
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15:30. Kür-Araz - Ağstafa Gəncləri
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
4 oktyabr
15:00. Hypers - Marafon
Bərdə. Şəhər stadionu.
15:00. Ağdaş - Dinamo (bilinmir)
15:00. Şirvan – Difai 04.10.2026, ,
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.
Mirağa