
"Brayton"un almaniyalı yaeımmüdafiəçisi. Paskal Qross İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, beləliklə, Qross Premyer Liqa tarixində bu mükafatı alan ilk "Brayton"lu kimi tarixə düşüb.
Ayın son günündə o, 35 yaş 107 günlük olub və bu, onu 2022-ci ilin aprelində Kriştianu Ronaldudan (37 yaş 84 gün) bəri mükafatın ən yaşlı sahibi edib.
"Brayton" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində üçüncü yerdədir. Klub növbəti turda "Sanderland" ilə qarşılaşacaq.
Mirağa