
“Çelsi” “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.
Bildirilir ki, London klubu almaniyalı futbolçunun “Liverpul”dakı vəziyyətini yaxından izləyir. Virts yay transfer pəncərəsində “Bayer Leverkuzen”dən Mersisayd təmsilçisinə keçsə də, Premyer Liqadakı ilk aylarında gözləntiləri tam doğrulda bilməyib.
“Çelsi”nin futbolçunun vəziyyətindən yararlanaraq gələcəkdə transfer üçün hərəkətə keçə biləcəyi bildirilir. London təmsilçisi Virtsi hücumameyilli yarımmüdafiə xəttini gücləndirmək üçün uyğun namizəd hesab edir.
Bununla belə, “Liverpul”un futbolçunu qısa müddətdə satmaq niyyətində olmadığı qeyd olunur. Mersisayd klubu Virtsə böyük məbləğ ödəyərək heyətinə qatıb və onun komandada əsas fiqurlardan birinə çevriləcəyinə inanır.
Əlisahib İbrahimli