
Kilian Mbappenin PSJ-yə qarşı qaldırdığı psixoloji təzyiq və təqiblə bağlı şikayət Fransa məhkəməsi tərəfindən rədd edilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid”in hücumçusu 2025-ci ilin mayında keçmiş klubuna qarşı məhkəməyə müraciət etmişdi. Mbappe PSJ rəhbərliyini ona psixoloji təzyiq göstərməkdə və iş yerində təqib etməkdə ittiham edirdi. İş futbolçunun 2023-cü ilin yayında əsas komandadan kənarlaşdırılaraq ayrıca qrupla məşq etməyə göndərilməsi ilə bağlı idi.
Lakin Mbappe 2025-ci ilin iyulunda şikayətini geri götürüb. Parisdəki istintaq hakimləri isə 2026-cı ilin mayında iş üzrə kifayət qədər sübut olmadığı qənaətinə gələrək araşdırmaya xitam veriblər. Bu qərar barədə məlumat yalnız oktyabrın əvvəlində ictimaiyyətə açıqlanıb.
Beləliklə, Mbappe ilə PSJ arasında uzun müddətdir davam edən hüquqi mübahisənin bu hissəsi də başa çatıb. Bununla yanaşı, tərəflər arasında maaş və bonuslarla bağlı ayrıca məhkəmə işi olmuşdu. Həmin prosesdə PSJ-nin Mbappeyə təxminən 61 milyon avro ödəməsi barədə qərar çıxarılmışdı və klub bu qərardan apellyasiya şikayəti verməyib.
Əlisahib İbrahimli