
Azərbaycan 2-ci Liqasında 6-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç keçirilib.
"Hypers" liderin ən yaxın izləyicisi "Marafon"la görüşdə güclü rəqibini büdrətməyi bacarıb. "Ağdaş" doğma meydanda "Dinamo"nu qəbul edib. Oyun bakılıların böyükhesablı qələbəsi ilə nəticələnib. Nəhayət, "Şirvan" evində "Difai"ni sınağa çəkib. Meydan sahibləri cari mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Bununla belə, Pərviz Bayramovun komandası liderliyini qoruyub.
Turun əvvəlki oyunlarının nəticələri: “Qaradağ Lökbatan” – “Zəngəzur” 4:0, “Şəki” – “Şəmkir” 0:5, “Kür-Araz” – “Ağstafa Gəncləri” 2:4.
2-ci Liqa
6-cı tur
4 oktyabr
“Hypers” – “Marafon” 1:1
Qollar: V.Əşrəfli, 20 - M.Caniyev, 63.
“Ağdaş” – “Dinamo” 0:4
Qollar: N.Muradlı, 22; 71. E.Cahangirli, 54. Z.Bayramov, 61.
“Şirvan” – “Difai” 3:3
Qollar: A.Yunanov, 26; 51; 70 - A.Xəlilzadə, 5. E.Ağalarov, 44. H.Nəzərov, 90+2-pen.